01.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin və Şamaxı şəhər 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram tədbiri keçirildi. Tədbiri açıq elan edən Uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Tədbirdə çıxış edənlər Azərbaycanda uşaq problemləri həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdilər. Vurğulandı ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə daim uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir.
Tədbirdə məktəblilər əyləncəli proqramla çıxış etdilər. Uşaqların təqdim etdiyi bədii kompozisiya, şən oyunlar uşaqların sevincinə sevinc qatdı.