Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyanı verək uşaqlara”

01.06.2018

   İsmayıllı Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon  Heydər Əliyev Mərkəzində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Dünyanı verək uşaqlara" adlı möhtəşəm tədbir.
“Dövlətimiz uşaqların sağlam və firavan böyüməsinə, onların hər cür qayğı ilə əhatə olunmasına, müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur” bu fikirlər 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Mərkəzdə keçirilmiş tədbirdə səsləndirildi. 
Tədbirdə uşaqlar üçün müxtəlif oyunlar, viktorinalar, hədiyyələr, artvizaj və musiqili- əyləncəli şou- proqram təşkil olunmuşdur. Tədbir günün sonuna qədər kütləvi şəkildə davam etdi.
Təşkilati dəstək: “Az- Granata MMC” və “Ağsu MKS”
Tədbirdə yaxından iştirakına və köməyinə görə Ağsu Uşaq İnkişaf Mərkəzinin tərtibatçı – rəssamı Nailə Əliyevaya dərin təşəkkürlər.