01.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü”-nə həsr olunmuş Nəzəriyyə şöbəsinin bilikli şagirdləri arasında “Viktorina” keçirilmişdir. Viktorinanı Mərkəzin direktoru Namiq Rzazadə açıq elan edərək tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat vermişdir. Sonra komandalar arasında püşkatma keçirildi və viktorinaya start verildi. Viktorinada 6 müəllimin rəhbərlik etdiyi 6 şagirddən ibarət “Qartal”, ”Günəş”, ”Zəfər”, ”Zirvə”, ”Simurq” və ”Odlar yurdu” komandaları yarışdı. Mərkəzin Rəhbərliyi münsiflər heyyəti olaraq yarışmanın şəffaf keçirilməsinə nəzarət etdi. Maraqlı keçən viktorinanın sonunda qalib müəyyən olundu. Qalib gəlmiş “Qartal” komandasına Mərkəzin rəhbərliyi tərəfindən priz verildi..