25.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan MKS-nin Ərəbqədim kənd kitabxana fililı Göydərə kənd ümumorta məktəbi ilə birgə Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyinə həsr edilmiş tədbir keçiridi. Tədbirdə kitabxana tərəfindən tərtib edilmiş müxtəlif mövzuları əhatə edən kitab sərgisi geniş marağa səbəb olub. Sərgidə 100-dən çox kitab nümayiş etdirilb. Tədbirdə məktəbin direktoru Adil İbrahimov, məktəbin müəllimi Gülxan Cavadov, kitabxana filialın müdiri Oktay Güləllyev, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Ərəbqədim kənd üzrə nümayəndəsi M.Məmmədov çıxış edərək Azərbaycan Xalq Cumhuiriyyətinin zəruri dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbidə azadlıq və istiqlal duyğularını yaratdığını qeyd etdilər. Tədbirdə məktəblilər Azərbaycanın müstəqilliyini tərənnüm edən vətənpərvərlik mövzusun şerlərlə çıxış etdilər.