Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı təntənəli tədbir

25.05.2018

      İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı təntənəli tədbir keçirildi.

     Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Zərxanım Ağayeva XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu, Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən özbaşınalıq müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ulu öndər hakimiyyəti dövründə Azərbaycan çox böyük nəaliyyətlərə imza atdı və həmin uğurlu siyasət bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zərxanım Ağayeva  sonda fikrini «xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var, xalq o vaxt daha xoşbəxt olur ki, həmin siyasət ölkədə uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı çox xoşbəxt xalqdır» sözləri ilə tamamlayıb.

     Tədbir Zarağan 2 nömrəli orta məktəbin şagirdlərinin, Qəbələ Uşaq və Ailələrə dəstək mərkəzinin üzvlərinin və Uşaq İncəsənət məktəbinin özfəaliyyət qrupunun hazırladığı bəddi və musiqili proqramla davam edib.