29.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şöbəsində “Yayı kitabla keçirək!” devizi altında tədbir təşkil olundu. Uşaqların dünyagörüşlərinin və biliklərinin artırılması üçün ədəbiyyatımızın təbliği işinin gücləndirilməsi, kütləvi tədbirlərin təşkili kitabxananın əsas fəaliyyətindən biridir. Bu səbəbdən əməkdaşlarımız məktəblərdə olaraq müxtəlif məzmunlu əsərlərini təbliğ edib, şagirdləri kitabxanalara cəlb edir.
Hər bir ədəbi yaradıcılıq növü öz dövrünün, zamanının məhsuludur. Yazıçı, şair gördüyünü, düyduğunu yazır. Yalnız mütərəqqi əqidələr, ideyalar öz dövrünü qabaqlayır. Millətlərin, xalqların saf əqidə, əxlaq məsələsinə, maariflənməsinə, önəmli mentalitetə üstünlük verən əsərlər ədəbiyyat tarixinə düşərək hər zaman aktual olur. Xalq üçün yaşayanları xalq həmişə əziz tutur. Xalqa xidmət edənləri xalq yaşadır, əbədiləşdirir. Azərbaycan ədəbiyyat tarixində elə böyük sənətkarlar vardır ki, onların fəaliyyəti yaradıcılığı mənsub olduğu xalqın həyatında milli inqilabında, xususi bir mərhələ təşkil edir, əsərlərinin təhsiri, əhəmiyyəti təkçə öz zəmanəsinin hüdudları ilə məhdudlaşmır, həmdə gələcək nəsillər üçün ölməz mənəvi sərvətə əxlaq, tərbiyə məktəbinə çevrilir.
Dahi olan şair və yazıçıların əsərləri sagirdlər tərəfindən maraqla qarşınalaraq oxunub mütaliə edilir.