Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağsuda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar kitab bayramı keçirilmişdir

25.05.2018

      Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin

100 illik yubileyi haqqında” 16 May 2017-ci il tarixli 2867 nömrəli Sərəncamına müvafiq olaraq respublikanın hər yerində olduğu kimi Ağsu rayonunda  da silsilə tədbirlər  keçirilir. 25 May 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının,

rayon ictimaiyyətinin  iştirak etdiyi  kitab bayramı da Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu.

     Tədbir başlamazdan öncə  Ulu öndər Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri düzüldü,  böyük xilaskarın xatirəsi ehtiramla yaq edildi. Bayraqlarla, şarlarla bəzədilmiş parkda 1000-ə yaxın müxtəlif məzmunda kitablar sərgilənmişdi. ”Ağsunun tarixi”, ”Azərbaycan Xalq Cümhuriyyəti -100”, ” Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusudur”, ”Ağsu yazarları”, ”Ağsunun tarixi”, ”Ağsunun kitab abidələri”, Uşaq nağılları, Uşaq jurnalları və s. başlıqlarla kitablar sərgilənmişdi. Tədbirdə müxtəlif məzmunda 200-ə yaxın kitab və kitabça, Ağsu rayonun “Birlik”qəzetinin və Cümhuriyyət haqqında iki film elektron variantda   iştirakçılara paylandı.

      Bundan başqa tədbirin gedişində yerli yazar Mətləb Məmmədoğlu  öz yeni kitabını oxuculara hədiyyə etmişdir. Üç saatdan çox davam edən kitab bayramından rayon ictimaiyyəti xoş əhval-ruhiyyə ilə ayrılmışdır.