25.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin kollektivi Çuxanlı kənd tam orta məktəbinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirmişdir. Tədbir şagirdlərdən ibarət xor kollektivinin ifasında Azərbaycan Dövlət Himninin səslənməsilə başladı. Tədbirin gedişində məktəbin direktoru G.Cəbrayılov Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verdi. Sonra o bu gün müstəqil Azərbaycanın dünya dövlətləri arasında qazandığı nailiyyətləri və nifuzundan danışaraq müstəqilliyimizin dönməz və əbədi olmasının qarantı Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev siyasətinin olduğunu xüsusi vurğuladı.
Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam etdi.
Kollektiv günün ikinci yarısında rayon mərkəzindəki “Heydər Əliyev” parkında keçirilən tədbirdə iştirak etdi. Kolektivimizin üzvlərindən Zahid Nəhmətov, Bayram Kərimov və məzunumuz Əvəzxan Əzizovun İfaları xüsusi rəğbətlə qarşılandı.