25.05.2018
Çiyni kənd orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilmişdir. Tədbir zamanı İsmayıllı Reqional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Çiyni Kənd kitabxanası və klubunun təşkilatçılığı ilə maraqlı konsert proqramı və “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı kitab sərgisi təşkil olunmuşdur.