Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müasir Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir ”

26.05.2018

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır. Cümhuriyyətin 100-cü ildönümündən düz bir il əvvəl Azərbaycan Prezidentinin yubiley haqqında Sərəncam imzalaması, 2018-ci ilin başlanğıcında, yanvarın 10-da dövlətimizin başçısı tərəfindən cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.

       Sərəncama uyğun olaraq rayonumuzda, o cümlədən Mərkəzləşdirilmiş Kitabxana Sistemində də silsilə tədbirlər keçirilməsi planlaşdırılmışdır. 26 May 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən “Müasir Azərbaycan,  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir ” adlı dəyirmi masa bu qəbildən olan tədbirlərdəndir.

    Tədbirdə rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov “Müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Həsrət Balaşov “Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublikadır”, Ülkər Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi” və  Vidadi Hüseynov “AXC-nin 23 ayda həyata keçirdiyi işlər” mövzusunda müzakirələr aparmışlar.

   Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş kitab sərgisi ilə tanış olmuşlar.