Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə sərgi

25.05.2018


İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Rəsm Qalereyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeniyetmə - gənclərin əl işlərindən ibarət sərgi təşkil etmişdir.
Sərgini giriş sözü ilə qalereyanın direktoru T.Nəsmiyeva açaraq tədbir iştirakçılarını salamladı və sərgi haqqında ümumi məlumat verdi. Sonra Mədəniyyət mərkəzinin direktoru M.Ağayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında qısa məlumat verdi. 
Sonda Zarağan kənd 01 saylı tam orta məktəbin müəlliməsi Hacıyeva Günel Fizuli qızının rəhbərliyi ilə orta məktəb şagirdləri musiqi sədaları altında rəqs edərək müqəddəs üçrəngli bayrağımızla zala daxil oldular.
Sonra sərgiyə baxış keçirildi. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.