25.05.2018
Ağsu rayonunda Heydər Əliyev adına parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə geniş bədii hissə nümayiş olunmuşdur.
Rəsmi heyət Ulu öndərin abidəsini ziyarət etdikdən sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu MKS-nin bayram münasibətilə təşkil etdiyi sərgi və guşələrlə tanış oldular. Daha sonra Ağsu rayon Mədəniyyət Mərkəzinin “Qönçə” XÇA ansamblı, “Aşıqlar” ansamblının üzvləri, Ağsu Uşaq Musiqi Məktəbinin ansamblı, bayram münasibətilə İsmayıllı rayonundan dəvət olunmuş müğənnilər - Sahibə Abdullayeva, Rövşən Teyyubov, Şamaxı rayon İncəsənət Təhsili Mərkəzinin “Buta” rəqs ansamblı, “Nağara çalanlar” ansamblı bir-birinin ardınca çıxış edərək əsl bayram əhval-ruhiyyəsi yaratdılar.
Tədbirdə məktəblilər arasında AXC-nin 100 illiyinə həsr olunmuş şer müsabiqəsinin qaliblərinin S.Vurğunun “Azərbaycan” şeri əsasında hazırladıqları kompozisiya maraqla qarşılandı.