Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü”-nə həsr olunmuş Bayram konserti

26.05.2018

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili”elan edilməsi  münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi  26  may 2018-ci il tarixində  Ağdaş rayonunda Habil Əliyev  adına Ağdaş  şəhər Uşaq Musiqi Məktəbi ilə birgə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü”-nə həsr olunmuş Bayram  konserti  keçirildi. Əvvəlcə Ağdaş  şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rafiq İsgəndərov tədbir iştirakçılarını salamlamış və səhnəyə  Ağdaş Regional Mədəniyyət  İdarəsinin rəisi cənab Tahir Əliyevi və  Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadəni dəvət etmişdir.

   Tahir Əliyev Bayram münasibətilə hamını təbrik etmiş, konsert iştirakçılarına uğurlar diləmişdir.

    Sonra Namiq Rzazadə Rəssamlıq şöbəsinin hazırladığı əl işini və Təşəkkürnaməni  Ağdaş  şəhər Uşaq Musiqi Məktəbinin direktoruna təqdim etmişdir. Daha sonra hər iki İncəsənət ocaqlarının  müəllim və şagirdləri tərəfindən  hazırlanmış konsert proqramı tamaşaçılara təqdim olunmuşdur.