Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qobusdan rayonu “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsində iştirak etdi

24.05.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və dahi şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin birinci turunun ilk mərhələsi keçirildi. Müsabiqədə 1,2,3 saylı tam orta məktəblərdən  şagirdlər iştirak etdilər. Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün münsiflər heyəti yaradıldı. MKS-nin direktoru Adilə Cəbrayılova tədbiri giriş sözü ilə açaraq müsabiqədə qiymətləndirmə ilə bağlı iştirakçıları məlumatlandırdı və qısa olaraq görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rolundan, həyat və yaradıcılığından bəhs etdi. Daha sonra müsabiqə iştirakçıları Nəsimi yaradıclığından qəzəllər söylədilər. Dörd nəfər məktəbli fərqləndiyinə görə fəxri fərmanlarla mükafatlandırıldılar. Müsabiqənin I turunun II mərhələsinə A.O. Çernyayevski adına 1 saylı tam orta məktəbin VII sinif şagirdi Şəhriyarlı Türkanə Təbiət qızı vəsiqə qazandı. Münsiflər heyəti qalib iştirakçıya qarşıdakı turlara daha mükəmməl şəkildə hazırlaşmaq üçün istiqamət verdilər.

    24 may 2018-ci il tarixdə İsmayıllı rayon  Mərkəzi Kitabxanasının oxu zalında  Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıclığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi I turunun ikinci mərhələsi keçrilib.  Tədbiri giriş sözü ilə açan İsamayıllı MKS-nin direktoru Könül xanım tədbir iştirakçılarını salamlayaraq, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. İsmayıllı, Qobustan, Şamaxı,  Qəbələ şagirdlərinin fəal oxucuların iştirak etdiyi müsabiqəni  5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Yüksək səviyyədə və obyektiv formada həyata keçirilən müsabiqədə Qobustan rayonunu təmsil edən   A.O. Çernyayevski adına 1 saylı orta məktəbin VII –ci sinif şagirdi Şəhriyarlı Türkanə münsiflər heyətinin rəyinə əsasən ikinci yerə layiq görüldü. Müsabiqənin sonunda qaliblər fəxri fərmanla təltif olundular.