Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin II turu

24.05.2018

   İsmayıllı rayon Mərkəzi kitabxanasında İsmayıllı Regional Mədəniyyət İdarəsinin və İsmayıllı rayon MKS -nin birgə təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci il 19 yanvar tarixli 148/04№-li məktubuna əsasən Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyi ilə əlaqədar uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin II turu keçirilmişdir.

   Müsabiqədə Qəbələ, Şamaxı, Qobustan, Ağsu  və İsmayıllı rayonunun I turda qalib gəlmiş  məktəbliləri iştirak etdi. Məktəblilərin ifasında Nəsimi yaradıcılığına dair nümunələr dinlənildi. Münsiflər heyətinin ümumi müşavirəsinin qərarı ilə İsmayıllı rayonunu təmsil edən VIII sinif şagirdi Qəhrəmanova Nilufər Habil qızı, Şamaxı rayonunu təmsil edən  XI sinif şagirdi Qarayeva Ülkər Raqıb qızı birinci yerə layiq görülərək respublika  üzrə keçiriləcək müsabiqəyə vəsiqə qazandı.

   Bundan başqa iştirakçılardan Qəbələ rayonunu təmsil edən VIII sinif şagirdi Ağayeva Ramilə Rəşad qızı,  Qobustan rayonunu təmsil edən VII sinif şagirdi Şəhriyarlı Türkanə Təbiət qızı ikinci yerə  layiq görüldülər.

    Qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif olundu.