Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar

21.05.2018

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya yalnız insan sağlamlığına, mənəviyyatina deyil, həmdə dünya iqtisadiyyatına ciddi zərər vurur.

         İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-in Uşaq şöbəsində “Ağ ölüm”ün qara fəsadları  mövzusuda  sərgi təşkil olundu, müxtəlif yaşlı oxuculara narkomaniyanın törətdiyi fəsadlar barədə məlumatlar verildi.

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olunsun ki, XXI əsrdə də qlobal problemlər sırasında qalmaqdadaır. Narkomaniyanın tarixi çox qədimdir. Narkotik vasitələrin ilk dəfə dərman kimi istifadə edilməsi və sonradan insanların məhvinə səsəb olması  xüsusi qeyd olundu.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlamışdır. Ölkəmizdə narkotik və narkobizneslə mübarizənin əsası, tarixində ilk dəfə olaraq ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında “ 18 iyun 1999-cu il tarixi qanunu ilə qoyulmuşdur. Əməkdaşlarımız narkomaniyaya aid bu və diqər səpkili  maarifləndirici məlumatları oxucuların nəzərinə çatdırdı.

Gəlin Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək, genofondumuzu qoruyaq!