23.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar həvəskar rəsm çəkən məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.