Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan Xalq Cümhuriyyəti-100”

23.05.2018

   İsmayıllı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyində "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda tədbir keçirildi. Tədbirdə İnşaatçı qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivi yaxından iştirak etmişlər. Tədbiri giriş sözü ilə muzeyin direktoru Kamilova Məleykə xanım açdı. Muzeyin kiçik elmi işçisi Nuralıyeva Şahanə məruzə ilə çıxış etdi. Sonda tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş film nümayiş etdirilmişdir.