21.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 İyun 2007-ci iltarixli sərəncamına müvafiq olaraq “İnsan Hüquqları Günü” ilə əlaqədar hər il olduğu kimi kitab sərgisi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövrü mətbuat məqalə
ləri və internet materialları öz əksini tapmışdır. Bundan başqa MKS-nin veb saytında insan hüquqları ilə əlaqədar yaradılmış “İnsan Hüquqları üzrə İctimai Şura”,” İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi”, ”Azərbaycan Gender İnformasiya Mərkəzi”, ”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili”, ”İnsan hüquq və azadlıqları” və “İnsan haqları” kimi səhifələr də oxucuların istifadəsinə verilmişdir. ”İnsan Hüquqları aylığı“ ilə əlaqədar Mərkəzi kitabxanada yaradılmış “Hüquq İnformasiya Mərkəzi”ndən və Uşaq şöbəsində yaradılmış “Uşaq hüququ İnformasiya Mərkəzi”ndən də oxucular məlumat alacaq və mövzu ilə əlaqədar video-çarxlara baxa biləcəklər.