Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaq zorakılığı-gəlin laqeyd qalmayaq!”

23.05.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında  müxtəlif yaş qrupuna malik uşaqlarların iştirakı ilə “Uşaq zorakılığı - gəlin laqeyd qalmayaq!”

adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 İyun 2007-ci iltarixli Sərəncamına müvafiq olaraq  keçirilən tədbirdə məqsəd uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin təhlili və bu sahədə işin səmərəliyinin artılmasına dair fikir mübadiləsi idi.

  Mərkəzi kitabxananın Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova vurğulayıb ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlara qarşı zorakılıq hələ də mövcuddur. Bu hallara daha çox regionlarda rast gəlinir. Bu məqsədlə bölgələrdə uşaq  zorakılığına qarşı təlimlər, seminarlar keçirilir. Məktəblərdə, uşaq baxçalarında, habelə internat məktəblərində monitorinqlər aparılır. Bir çox rayonda uşaq və gənclər üçün regional reablitasiya mərkəzləri yaradılıb.

   Çıxış edən Nazənəm Salmanova və Yaqut Kərimli  19 May 1988-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, 20 Noyabr 1989-cu il tarixli “Uşaq hüquqları Konvensiyası” və 02 Aprel 2002 ci il tarixli”Uşaq hüquqları haqqında» BMT Konvensiyasının  Fakultativ Protokoluna qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu  haqqında uşaqlara  ətraflı məlumat vermişlər.

   Canlı dialoq şəklində keçən tədbirin sonunda uşaqlar eyniadlı kitab sərgisi ilə tanış olublar.