Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Ailə Günü

23.05.2018

15 May dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.

Beynəlxalq Ailə Günü ərəfəsində regionlarda nümunəvi ailələr müəyyənləşdirilir. Bu tədbirlərdə Azərbaycanın əksər rayonlarından iştirak edən 100-dən çox ailə öz xüsusi bacarığını göstərir. Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron, Lənkəran, Şəki, Şəmkir və s. digər rayonlarda təşkil edilib. Builki bayram isə Quba rayonunda qeyd olunur. Ənənə halını almış bayramda müxtəlif nominasiyalar üzrə şəhər və rayonlardan seçilmiş ailələr iştirak edir. Şamaxı rayonundan builki tədbirdə S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Həsənova Vüsalə də öz ailəsi ilə birlikdə iştirak etmişdir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Həsənovlar ailəsini festivalda iştirakına görə diplomla təltif etmişdir.