24.05.2018
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsi 2018-ci il may ayınin 22-də açıldı .
Uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən musabiqədə 150-yə yaxın uşaq, o cümlədən Qazax rayonu məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 16 ən yaxşı əsərin nümayişi, ümümilikdə 170 əsər təqdim olundu.
Əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir olunmuşdur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 32 ən yaxşı işin müəllifi festivala qatılaraq plenerdə işləmək şansı qazandı. Münsiflər heyyətinin qərarına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsinin IV sinif şagirdi Yolçıyeva Günel rəsm müsabiqəsində iştirakına görə “Diplom”-la təltif olunmuşdur. Bu münasibətlə 24 may 2018-ci il tarixində Mərkəzin rəhbərliyi Yolçiyeva Güneli və onun müəllimi Rəssamlıq şöbəsinin müdiri Afaq Həsənovanı təbrik edərək gələcəkdə də onların yeni nailiyyətlər qazanacaqlarını arzulamışlar.