23.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayılı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin akt zalında ″Gələcəyimizi birgə düşünək, Narkomaniya yox deyək!″ adlı dəyirmi masa keçirildi.
MKS, Mədəniyyət Mərkəzi, MİHİ İsmayıll rayon şöbəsi və İsmayıllı rayon Polis şöbəsinin birgə təşkillatçılığı ilə baş tutan tədbir zamanı İsmayıllı rayonu üzrə mədəniyyət müəssisələrinin kolektivləri iştirak etdi.
Tədbiri MKS-in direktoru Könül Baxışova açıq elan edərək öncə tədbir iştirakçılarını salamladı. Daha sonra Könül xanım geniş mövzu ilə çıxış edərək bildirdi ki, bu tədbirin keçiriliməsində məqsəd gənc nəslin, ictimaiyyətin, məktəblilərin maarifləndirilməsi yolunda görüləcək işlərin müzakirəsini aparmaqdır. XX əsrin bəlasi olan və XI əsrdə hələ də davam edən, insani dəyərlər zərbə vuran, iqtisadi inkişafı tənəzzülə uğradan narkotrop maddələrin satışı və isdifadəsi Dövlətimizin, Hüquq mühafizə orqanlarının diqqət mərkəzindədir. Mərkəzi sinir sisteminə çox asanlıqla təsir edən, orqanizmi məhv edən psixatrop maddələr alüdəçisi olmuş insanı fiziki və ruhi olaraq şikəst edir, ömrünü azaldır. Dünya üzrə narkomaniyaya mübtəla olanların sayi durmadan artir. Bu da onların asudə vaxdlarının səmərəli seçilməməsidir. Mədəniyyət işçiləri olaraq bizim üzərimizə çox iş düşür. Gənc nəslin nümayəndələrini, yeniyetmələri, məktəbliləri musiqi məktəblərinə, rəsm dərnəklərinə, müxtəlif yönlü təşkil olunmuş kurslara, tamaşalar zamanı səhnəciklərdə iştirak etmək üçün cəlb olunmalı, mədəni adət və vərdişlərin formalaşmasında yaxından iştirak etməliyik.
Baş leytinant Rahim Orucov çıxış edərək belə bir tədbirin təşkil olunmasının əhəmiyyətində danişdi. Təssüfflər olsun ki, geniş auditoruiya qazanmış narkomaniya bəlasına qarşı mübarizəni hər bir Azərbaycan vətəndaşı özünə borc bilməlidir. Hədsiz dərəcədə artan və kifayəy qədər təhlükəli bəla olan narkomaniyaya qarşı həyacan təbili çalınmalıdır. Narkotik maddələrin yetişdirilməsinin qarşısı alınmalıdır. Uşaqlar zərərli vərdişlərə meyillidir. Buna görə də yetkinlik yaşına çatmayanlar tərəfindən isdifadəsi və satışına nəzarət daha da güclənməlidir.
Baş leytinant Nicat Şəmdinli çıxış edərək bu sahədə rayonumuzda görülən işlər haqqında geniş məlumat verdi. Narkotik maddələrin məhv edilməsi, satışının qarşısı alınması, qrup halında bu işlə məşğul olulanların həbs olunaraq məsulliyyətə cəlb olunması kimi işləri iştirakçıların diqqətinə çatdırdı . Ancaq bütün bunlar kifayət etmir. Bu mübarizə ümumi mübarizə olmalıdır. Hər bir kəs bu mübarizədə öz üzərinə düşən vəzifəni icra etməlidir.
Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov əsasən narkomaniya bəlasına düçar olmuş insanların nədən bu yola düşməsi haqqında danışdı. Hər bir evdə düzgün valideyin tərbiyəsi, təhsil ocağlarında hər bir müəllimin düzgün tədris metodu əslində bu bəlanın qarşısını almaq üçün çox gözəl ən mühim mübarizə yoludur.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktor əvəzi Araz Şəmdinli çıxış edərək bildirdi ki, ″Ağ ölüm″ adlanan bu bəladan qurtulmaq üçün kimliyindən asılı olmayaraq birgə mübarizə aparmalı, öz yaxınlarımız olsa belə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatımız olan kimi Hüquq mühafizə orqanlarına vaxdında xəbər verməliyik.
Sonda çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasov çıxışı zamanı bu gün bu tədbirdə ən vacib məsələlərdən birinə toxunulduğunu nəzərə çatdirdi. Biz bu mövzuda tədbirlərin təşkilini daha çox təşkil etməliyik. Çünki bu bəlaya tutulanlar dünyay gələrkən tərtəmiz gəlmişlər. Hər bir pis vərdiş sonradan qazanılır. Və bu bəlaya düçar olanlar da bizim gələcəyimizi əmanət edəcəyimiz insanlar arasındadırlar. Biz öz gələcəyimizin əmin əllərdə olması naminə bu amansız bəlaya qarşı hər cür mübarizəyə hazır olmalıyıq.