Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“O Kürün, Arazın Tərtəriyəm Mən”

22.05.2018

Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “O Kürün, Arazın Tərtəriyəm Mən” adlı təntənəli tədbir keçirilib.  İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Mərkəzi Kitabxana və Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə yüzlərlə Şəmşirsevər iştirak edib. Şair Əlövsət Saldaş Dədə Şəmşirin yaradıcılığı haqqında məlumat verərək Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açdı.

    Dədə Şəmşirin şerlərindən ibarət aşıq havaları sənət adamları  tərəfindən ifa edilib. Tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatıb.