22.05.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” cənab İlham Əliyevin imzaladığı 2017-ci il 16 may tarixli Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində silsilə tədbirlər təşkil olunur.
Böyüməkdə olan nəsli adət-ənənələrə sadiq, vətənpərvər və milli ruhda yetişmələri üçün, kitab oxumağa, kitabxanalara daim müraciət etmələrinə köməklik məqsədilə rayonumuzum müxtəlif məktəblərindən kitabxanamıza ekskursiyalar təşkil olunur. Bu günkü tədbirimiz şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmişdir .
Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Bu və diqər məlumatlar əməkdaşlarımız tərəfindən qonaqlarımız olan oxuculara çatdırılmışdır. Tədbir xatirə fotoşəkillərinin çəkilişi ilə tamamlandı.