Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq dəyirmi masa

18.05.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi, 18 may Beynəlxalq Muzeylər  Günü ilə əlaqədar olaraq  Heydər Əliyev Mərkəzində  dəyirmi masa təşkil etmişdir. İlk olaraq muzeyin direktoru  Xalis Məmmədov  bu günün tarixindən, əhəmiyyətindən, həyatimizdaki rolundan geniş mövzuda söhbət açdı. Muzeylerin bu gün gənclərin  bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılmasında böyük rolununun olduğunu vurğuladı. Əyani vəsaitlərlə, eksponatlarla, tarixi kitablarla məktəblilərin tarix və ədəbiyyat dərslərinin dəfələrlə muzeydə təşkil haqqında danışdı.