16.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Mərkəzi Kitabxanasının həyətində “Gəlin birlikdə oxuyaq” lahiyəsi çərçivəsində yeni kitabların nümayişi təşkil olunub. A.O.Çernyayevski adına 1 saylı orta məktəbin, 2 saylı orta məktəbin şagirdləri kitabxanaya ekskursiya ediblər.
Şagirdlərdə kitaba maraq yaratmaq, mütaliə etməyə həvəsləndirmək məqsədi ilə təşkil edilən tədbirdə kitabxananın əməkdaşları Ağayeva Elza, Şıxıyeva Cahan, Gülməmmədova Kəmalə kitabxanaya yeni daxil olmuş kitablar haqqında məlumat veriblər.