17.05.2018
Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına gənc kamança ifaçılarının II Respublika müsabiqəsinin yekun tədbiri keçirilmişdir. Keçirilmiş müsabiqə kamança alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuşdu.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 100-dən çox gənc kamança ifaçısının çıxışını qiymətləndirmişdir. Münsiflər heyətinin qərarına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin kamança ixtisası üzrə IV sinif şagirdi Hidayətov Nihad Aqil oğlu II yaş qrupu üzrə Müsabiqənin “Fəxri Fərmanı”-na layiq görülmüşdür.Bu münasibətlə Mərkəzin rəhbərliyi Hidayətov Nihadı və onun müəllimi Təranə Bəğıyevanı təbrik edərək gələcəkdə də yeni nailiyyətlər qazanacaqlarını arzulamışdır..