Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sən bir nəğmə”

19.05.2018

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti,əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş "Sən bir nəğmə" adlı tədbir keçirildi. Məktəbin Nəzəriyyə şöbəsinin müdiri Şahanə Məmmədova Elza İbrahimovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra, görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığından bəhs edən slayd nümayiş olundu.

      Məktəbin direktoru Zaur Cəfərov çıxış edərək Elza İbrahimovanın 80 illik yubileyinin Respublika səviyyəsində keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 22 dekabr 2017-ci il tarixli sərəncamının Azərbaycan musiqi mədəniyyətinə verilən böyük diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.

      Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları geniş konsert proqramı ilə davam etdi.