Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi rəssam Əzim Əzimzadənin 138-ci ildönümünə həsr olunmuş sisilə tədbirlər

19.05.2018

   İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində dahilər xəzinəsindən olan görkəmli şəxsiyyət, çəkdiyi əsərləri ilə bu günə kimi füsunkarlıqını qoruyub saxlayan, gələcək nəsillərə örnək olan dahi rəssam Əzim Əzimzadənin 138-ci ildönümünə həsr olunmuş sisilə tədbirlər keçirilmişdir.  

   Əvvəlcə Mərkəzin foyesində Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları əl işləri, rəsm sərgisi Mərkəzin rəhbərliyinə və gələn qonaqlara təqdim olundu. Sonra Mərkəzin Böyük zalında tədbirin aparıcısı çıxış edərək,  Əzizm Əzimzadənin həyat və yaradıcılıq  fəaliyyətindən söhbət açdı, onun haqqında qısametrajlı film nümayiş olundu.

  Sonda Mərkəzin direktoru çıxış edərək bir daha vurğulamışdır ki, dahi rəssamın  yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişafında əvəzedilməz bir mövqe tutaraq Azərbaycanda realistik qrafikanın banisi, kitab qrafikasının yaradıcısı, satirik rəsmin mahir ustası kimi Azərbaycan incəsənət tarixinə adını qızıl hərflərlə yazmış bir dahi olaraq yaddaşlardan silinməyəcəkdir.