18.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “İnsan Hüquqları Aylığı”çərçivasində “Uşaqların hüquqları”adlı rəsm sərgisi və dəyirmi masa təşkil olundu.
Əvvəlcə Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları rəsm əsərlərinə baxış keçirildi. Sonra dəyirmi masa arxasında Mərkəzin rəhbərliyi, müəllim və şagirdləri mövzuya uyğun çıxışlar edərək uşaqların ailədə, təlim və təhsil prosesində hüquqlarının qorunması, təhsildən yayınan uşaqların təhsilə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsinin önəmini vurğulamışlar