14.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar İncəsənət Xadimi, "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenli, Xalq yazıçısı Elçinin (Elçin İlyas oğlu Əfəndiyev) anadan olmasının 75 illiyi münasibətilə "Elçin-75" adlı sərgi açılmışdır.
Sərgidə yazıçının müxtəlif janrlarda yazdığı əsərlər sərgilənmişdir. Sərgi ayın sonuna kimi davam edəcək.