Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçınsız 26 il

17.05.2018

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon Mədəniyyət Mərkəzində  MKS ilə birgə Laçın rayonunun işğalı günü ilə əlaqədar Dəyirmi masa keçirilmişdir. Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov  çıxışa edərək, Laçın rayonunun işğal tarixindən, o vaxt respublikada mövcud olan ictimai-siyasi vəziyyətdən, ölkə rəhbərliyinin səriştəsizliyindən danışaraq, bu işğalın nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında yolun ermənilər üçün tam açıldığını və sonrakı işğallar üçün əlverişli mövqe yarandığını qeyd etdi.

   Ağsu şəhər 1 saylı orta məktəbin müəllimi Surə Sadıqova, şəhər Mədəniyyət evinin metodisti Eyvaz Bayramov çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində tezliklə işğal olunmuş rayonlarımızın geri qaytarılacağına əminliklərini ifadə etdilər.

   Sonda əslən Xocalıdan olan şagird Gülay Bağırova hələ görmədiyi doğma yurdu haqqında yazdığı şerlə tədbir iştirakçılarını mütəəssirləndirdi.