16.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Gül Bayramı və Mərkəzin yaranmasının 5 illiyinə həsr olunmuş sisilə tədbirlər keçirilib.
Əvvəlcə Mərkəzin foyesində Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları əl işləri, rəsm sərgisi Mərkəzin rəhbərliyinə və gələn qonaqlara təqdim olundu.Sonra Mərkəzin Böyük zalında tədbirin aparıcısı çıxış edərək, tarixi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söhbət açdı ,onun haqqında qısametrajlı film nümayiş olundu.
Daha sonra musiqi şöbələrinin hazırladıqları konsert proqramı tamaşaçılara təqdim olundu.
Sonda Mərkəzin direktoru Namik Rzazadə çıxış edərək Ulu öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də göstərdiyi qayğı və diqqətin əhəmiyyətindən danışdı və bu münasibətlə bir neçə müəllimə Mərkəzin rəhbərliyi adından “Fəxri Fərman”la təltif edərək gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.