15.05.2018
Uşaq və yeniyetmə mütaliəsi təkcə cəmiyyətin deyil həm də ölkəmizin öz gələcəyinə olan münasibətin göstəricisidir. Kitaba və mütaliəyə sevgi aşılamağa lap kiçik yaşlardan başlamaq zəruridir. Uşaqları mütaliəyə cəlb etmək üçün daha münasib və onların diqqətlərini cəlb edəcək üsullar şeçərək İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nın Uşaq şöbəsində növbəti tədbir təkşil olundu. ”Biz bu kitabları sevirik” devizi altında keçirilən tədbir iki hissədən ibarət olmuşdur. Birincisi kitabxanamıza ekskursiya edən oxuculara yeni kitablardan təşkil olunmuş sərgi nümayiş etdirildi.
Tədbirin ikinci hissəsi kitabxanın digər şöbələri ilə tanış olan şagirdlərin kitabxanaya üzv yazılmaqları ilə başa çatdı.