16.05.2018
Kitab, təfəkkürün yorulmayan qanadı, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir. Bu gəmini düzgün istiqamətdə idarə edilməsi biz kitabxanaçılardan asılıdır. Bu gəmi ilə səyahət edərək mütaliə edən insan kamilləşir, onun nitq və qabilliyyəti inkişaf edir, bilikli, hazırcavab olur, bəd, pis əməllərdən uzaqlaşır.
Bu gün İsmayıllı MKS-nın Uşaq şöbəsində tədbir təşkil olundu. Müxtəlif yaşlı oxuculara ”Kitabxanaçı necə olmalıdır?” sualı ilə müraciət olundu. Oxuculardan alınan cavabları çoxluğu kitabxanaçının mehriban, nəzakətli və xoş rəftar olması bildirildi. Oxular və valideynlər tərəfindən xoş qarşılanan tədbir müxtəlif viktorinalarla tamamlandı.