15.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Fortepiano şöbəsinin ümumi fortepiano, ansambl, akkompanement fənləri üzrə şagirdlərin ənənəvi konserti keçirilmişdir.Müxtəlif ixtisaslar üzrə təhsil alan şəgirdlər kiçik həcmli əsərləri böyük məhərətlə ifa etmişlər. Mərkəzin kiçik zalında keçirilən konsertdə Mərkəzin rəhbərliyi və Fortepiano şöbəsinin müəllimləri iştirak etmişlər. Sonda Mərkəzin direktoru çıxış edərək konsert iştirakçılarını təbrik etmiş və gələcəkdə onlara müvəffəqiyyətlər arzulamışdır.