10.05.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Heydər Əliyev Mərkəzin də Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş X ənənəvi Kitab bayramı təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd oxucuları yeni nəşr olunmuş kitablarla tanış etmək, gənclərin, yeniyetmələrin kitaba marağını artırmaq, maarifləndirməkdir. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Məmmədov, rayon ziyalıları, mədəniyyət müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin geniş hissəsi iştirak etmişdir. Tədbiri giriş sözü ilə MKS-in direktoru Adilə xanım açaraq respublikamızda kitabxanaların, nəşriyyatların inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri baradə ətraflı məlumat verdi. O bildirdi ki, bu gün bu sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bayram iştirakçıları ümummilli lider Heydər Əliyev haqqında yazılmış kitablardan ibarət sərgi ilə yaxından tanış oldular. Kitab bayramında müxtəlif başlıqlar adı altında “Heydər Əliyev-95”, “Yeni kitablar”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dastanlarımız”, “Xarici ədəbiyyat”, ”Tibbi kitablar”, “Tarixə aid nə oxumalı”, “Qan yaddaşımız”, “Hüquqa aid nə oxumalı”, “Uşaq dünyası”, “Qobustan yazarları” adı altında minə yaxın kitab sərgilənmişdir. Sərgillənmiş kitablar iştirakçıların geniş marağına səbəb oldu. Kitab bayramında yeni oxucuların da qeydiyyatıda aparıldı.