10.05.2018
İsmayıllı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə X ənənəvi Kitab bayramı keçirilib. Tədbir zamanı İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-in müxtəlif mövzularda təşkil etdiyi kitab sərgisi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin filiallarının əl işlərindən ibarət sərgiləri, Heydər Əliyev Mərkəzinin rəsm sərgisi nümayiş etdirilmişdir. Uşaq İncəsənət Məktəbinin tələbələrinin ifası və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Niyal" instrumental ansablının konserti bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.