07.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əzimov adına adına İsmayıllı Uşaq İncəsənət Məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Biz Azərbaycanın gələcəyiyik” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səadları altında açıq elan edildi. Tədbirdə məktəbin müəllim kollüktivi ilə birgə iştirak edən qonaqlar da Ulu öndərin ömür yolundan söz açdılar və daha sonra məktəbin müəllim və şagird kollektivinin hazırladığı konsert proqramı ilə tədbir davam etdirildi.