Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Faşizm üzəridə qələbə”

09.05.2018

 Bəşəriyyət  üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan IIDünya müharibəsinin növbəti il dönümü ilə əlaqədar İsmayıllı Reqional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon MKS-də “Faşizm üzəridə qələbə” başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru R. İbrahimova IIDünya müharibəsində Qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rola sahib olmasından,  Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatı ilə təmin etməsindən danışıb. Daha sonra söz MKS-nin işçi kollektivinə verildi. Kitabxanamızın fəal oxucularında olan Əfəndiyev Qüdrət müəllim öz təəssüratlarını bölüşdü. Sonda isə bu müharibədə canından keçmiş əsgər və zabitlərimizə Allahdan rəhmət diləndi.