Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşasız günlərimiz

08.05.2018

Şuşa haqqında keçmiş zamanda danışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır. Əzəli və əbədi Qarabağ torpağının qədim mədəniyyət mərkəzi, hər daşında, hər qayasında Azərbaycan xalqının ulu keçmişini yaşadan tarixi Şuşa şəhərinin işğalından 26 il keçir. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır.

 İsmayıllı Reqional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı MKS-nin Uşaq şöbəsində tədbir keçirildi. Gözəl yurdumuz Qarabağa həsr edilmiş sərgi təşkil olundu. Böyüməkdə olan nəslə musiqi beşiyi olan Şuşa barədə məlumat verildi. 26 il öncə işğal edilmiş torpaqlarımız hələ də mənfur düşmən tapdağı altındadır. Qələbəyə gedən yol ümiddən keçir. Arzu edirik ki, gələn il 8 may tarixi Şuşada qeyd edək.