Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa - Azərbaycanın tarix və mədəniyyət incisidir ”

08.05.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar  “Şuşa - Azərbaycanın  tarix və mədəniyyət incisidir ” adlı dəyirmi masa keçirildi.

  Tədbirdə Şamaxı Regional Humanitar Kollecin tələbələri, Şamaxı Dövlət Rəsm Qalereyasının kollektivi iştirak edirdilər.

  Şuşa şəhərinin işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Tədbirdə şöbə müdirləri Zemfira Hacıyeva, Hicran Xasiyeva, Rəsm qalereyasının direktoru Sədaqət Xələfova, Şamaxı Regional Humanitar Kollecin tələbələri Ağayeva Təhminə, Səmədli Gülzar, Xanəliyeva Vəfa çıxış edərək  Azərbaycanın elm , incəsənət, mədəniyyət  beşiyi olan qədim Şuşa şəhərinin yaranma tarixindən, bu torpağın yetişdirdiyi saysız-hesabsız görkəmli şəxsiyyətlərindən, mənfur erməni işğalçılarının  Şuşa şəhərində törətdikləri vəhşiliklərindən bəhs etdilər.

    Mərkəzi kitabxanada və kitabxana filiallarında “Şuşasız 26 il ” başlıqlı sərgi təşkil edilmiş, “Şuşa həsrəti” adlı metodiki məktub tərtib edilmiş filiallara göndərilmişdir.