08.05.2018
Azərbaycanın dilbər guşəsi, musiqi və mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, büsbütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkirli ermənilər tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə işğal edilmişdir.
Şuşanın işğalı nəticəsində Şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalının26-cı ildönümü anmaq məqsədilə İsmayıllı Reqional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Rəna İbrahimova Şuşa şəhəri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi daha sonra MKS-nin işçi heyəti Yunusova Vüsalə, Qarayeva Gülnarə, Sabirli Sevinc Azərbaycanın dilbər guşəsi, musiqi və mədəniyyət ocağı olan Şuşa şəhəri haqqında mühazirələr oxudular.