Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşaya azadlıq”

08.05.2018

 İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycan ən qədim mədəniyyət mərkəzlərindən biri olan, dünya və Azərbaycan tarixinə böyük dahilər bəxş etmiş, əvəzsiz və füsnkar təbiətli Şuşa şəhərinin işğal olunmasının 26-cı il dönümünə həsr olunmuş "Şuşaya azadlıq" adlı tədbir keçirildi. Məktəbin direktoru Zaur Cəfərov çıxış edərək bu tədbiri yüksək səviyyədə hazırladıqlarına görə məktəbin müəllimləri Rəna Quliyeva və Aygün İbrahimovaya təşəkkürünü bildirdi.O, çıxışında Şuşa haqqında olan xatirələrini bölüşdü və Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın şanlı bayrağının Şuşada və digər işğal olunmuş ərazilərimizdə dalğalanacağına böyük inamı olduğunu bildirdi.Tədbirdə qədim Şuşanın tarixini əks etdirən video-slayd və müxtəlif  kompozisiyalar nümayiş olundu.