07.05.2018
İsmayıllı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində bu gün "1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 73-cü ildönümü"nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon veteranı Mirağa Əhlimanov, müəllimllər və yuxarı sinif şagirdləri iştirak etdilər. Muzeyin kiçik elmi işçisi Eyvazova Könül "9 May- Faşizm üzərində Qələbə" adlı məruzə ilə çıxış etdi.