07.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevın 95 illik yubleyi ilə əlaqədar "Ulu Öndər" adlı sərgi təşkil olunmuşdur. Sərgidə İncəsənət Təhsili Mərkəzi müəllimlərindən Afaq Həsənova,Güllər Hüseynova və Sevda Abdulrazaqovanın əl işləri nümayiş olundu. Sərgi iştirakçılar tərəfindən çox maraqla qarşılandı.
Sərginin nümayişi davam etdirilir.