05.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ərəstun Mahmudova həsr olunmuş "Göylərdə döyüş" filminin təqdimatı keçirilib.
Tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açmışdır və çıxışı zamanı Azərbaycan Mətbuat Şurasının rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürünü bildirmişdir.
Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov çıxışından sonra film nümayiş etdirilib.
Mətbuat Şurasının dəstəyi ilə “Bitməmiş müharibənin qəhrəmanları” silsiləsi davam etdiriləcək.