01.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və müasir beynəlxalq münasibətlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdən əvvəl mərkəzin əməkdaşı Nicat Əhmədli tədbir iştirakçılarını mərkəzin ekspozisiyası ilə tanış etmişdir.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru ADPU-nun Şamaxı filialının müəllimi Fariz Xəlilli məruzə oxumuşdur.
Tədbir zamanı Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Dünyaya pəncərə” filmi də nümayiş etdirilmişdir.