04.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir.Tədbir iştirakçıları əvvəlcə Ulu öndərə həsr olunmuş “Dahi azərbaycanlı” sənədli filminə baxmış, sonra onun həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti barədə fikir mübadiləsi aparmışlar. Sonda tədbir iştirakçıları “Dünyanı heyran edən insan” və “Heydər Əliyev-Azərbaycanın Ümummilli lideridir” başlıqlı kitab sərgisinə baxış keçirmişlər.